Putin Avropaya yeni mesaj vermeye hazirlasir

11:54 – xeber – Rusiya Federasiyası Prezidenti Vladimir Putin Avropa Birliyi üçün yeni mesaj hazırlayıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Blumberq nəşri Putinin bu mesajı Sankt-Peterburq Beynəlxalq İqtisadi forumunda AB-yə verməyi planlaşdırdığını yazıb:
 
“Putin təxminən “Gəlin Ukraynanı unudaq və işgüzar dialoqa qayıdaq” tipli bir mesaj ötürəcək. O, Peterburq Beynəlxalq İqtisadi forumundan Avropa liderlərinə çağırış meydançası kimi istifadə edəcək və onları Rusiya ilə münasibətləri normallaşdırmağa səsləyəcək.
 
Ukrayna münaqişəsinin fonunda Rusiyaya tətbiq olunan sanksiyalar, dünya neftinin qiymətinin aşağı düşməsi Rusiya Federasiyası iqtisadiyyatına böyük zərbə vurdu. Rusiya, əlbəttə ki, tezliklə sanksiyaların aradan qaldırılacağını gözləmir, amma Putin “tunelin sonunda işıq olduğuna” inanır”.
 
Nəşrin iddialarına görə, Rusiya prezidenti sözügedən forumda Ukrayna konflikti ilə bağlı heç bir yeni təkliflə çıxış etmək niyyətində deyil:
 
“Putin Peterburq Beynəlxalq İqtisadi forumunda Ukrayna münaqişənin həllinə kömək etmək üçün Qərbə hansısa güzəştlər etmək niyyətində deyil. Prezident forumda Rusiyanın iqtisadi perspektivlərindən danışacaq və xarici investorları əmin edəcək ki, ölkədə əlverişli biznes mühiti mövcuddur”.
 
Prezidentin mətbuat katibi Dmitri Peskov Putinin Qərblə münasibətləri yaxşılaşdırmaq haqda yeni mesaj çatdırmaq istədiyi haqda verilən suala belə cavab verib:
 
“Bu, Putinin həmişəki mesajıdır. Sadəcə olaraq Qərb liderləri adətən bunu qulaqardına vurur”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org