Publik elmi muessiseler yaradilacaq

02:00 – xeber – Azərbaycanda təşkilati-hüquqi formasına görə, publik elmi müəssisə və təşkilatlar da fəaliyyət göstərəcək.
 
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ “Elm haqqında” qanun layihəsinin təkmilləşdirilmiş yeni variantında qeyd edilib.
 
Layihəyə əsasən, Azərbaycanda mülkiyyət növünə görə dövlət, bələdiyyə və xüsusi elmi müəssisə və təşkilatları olacaq. Təşkilati-hüquqi formasına görə isə publik, kommersiya və qeyri-kommersiya elmi müəssisə və təşkilatları fəaliyyət göstərəcək.
 
Azərbaycanda dövlət və bələdiyyə elmi müəssisə və təşkilatları publik hüquqi şəxsdir.
 
Layihənin bundan əvvəlki variantına görə, təşkilati-hüquqi formasına görə yalnız kommersiya və qeyri-kommersiya elmi müəssisə və təşkilatların fəaliyyət göstərilməsi təklif edilirdi.
 
Layihədə qeyd edilir ki, dövlət kreditlər vermək, qrant ayırmaq və vergi güzəştləri tətbiq etməklə (kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərən elmi müəssisə və təşkilatlar istisna olmaqla) bütün elmi müəssisə və təşkilatların inkişafını təmin edir.
 
Xatırladaq ki, publik hüquqi şəxslər ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org