Psixoloq: “Memur ovladini uc seyden qorumalidir”


[r32]
– xeber –
Məmur övladlarının harınlığı bardədə mövzu yenidən gündəmi zəbt edib. Bir neçə gündür media bahalı avtomobilləri ilə yollarda "meydan sulayan” bu gənclərin qanunsuz hərəkətləri ilə bağlı informasiya, yazı və şərhlər yayımlamaqdadır.
Axı o məmurlar övladlarının qarşısını niyə ala bilmir, özləri haqda mənfi ictmai rəy formalaşmasına niyə şərait yaradırlar? Niyə cəmiyyətdə "məmur övladıdırsa, mütləq harınlamış, kobud və arxayın biridir” düşüncəsi hakim olmalıdır?
Maraqlıdır, məmur övladlarının psixologiyası necə formalaşır? Niyə məhz onların adı pis hadisələrdə hallanır?
Tanınmış psixoloq Elnur Rüstəmov Modern.az-a deyib ki, "məmur övladları” adı altında qeyd olunan bütün ümumiləşdirmələr yanlışdır:
"Ümumiləşdirmə aparanda diqqətli olmaq lazımdır. Yəni iki-üç nəfərə görə ümumi rəy çıxarmaq olmaz. Belə mənfi hallar həkim övladlarında da ola bilər, müəllim övladlarında da və ya başqa ixtisas sahiblərində. Məsələ burasındadır ki, mənfi tipli məlumatlarda məmur övladlarının adının hallanması həm onlar üçün, həm də məmur üçün xoşagəlməz haldır. Əlbəttə, həmin şəxslər son dərəcədə diqqətli olmalıdır. Çünki cənab prezident dəfələrlə qeyd edib ki, hər bir məmur və onun ailəsi cəmiyyət üçün örnəkdir. Bu istiqamətdə də kəskin tədbirlər görülür. Son üç ilə nəzər salsaq, bir sıra məmurların məhz övladlarına görə tutduğu vəzifədən azad olunduğunu görə bilərik”.
Psixoloq bildirib ki, məmurlar da övladlarını tərbiyə edərkən müəyyən məqamlara fikir verməli və daha diqqətli olmalıdırlar:
"Dədə-babadan belə bir yanaşma tərzi var. Uşağın tərbiyəsində üç məqama diqqət yetirmək lazımdır: uşağın cibində nə qədər pul var? asudə vaxtını necə keçirir? ətrafındakı dostları kimdir? Bu üç kriteriya qorunmalıdır. Bunlar fərqli məsələdir. Düzdür, ictimai müzakirəyə çıxarılır və hər kəs bu haqda fikir bildirir. Bilən də, bilməyən də, haqqı olan da, olmayan da danışır. Münasibət bildirən insanlar düz etmir demirik, sadəcə ümumiləşdirmələr aparmaq yanlışdır. Bunu ictimailəşdirməliyik ki, digərləri bundan nəticə çıxarsın və bu cür addıma yol verməsinlər. Məsələ ictimailəşəndə digər məmurlar da övladlarına və ya nəvələrinə davranışları ilə bağlı xəbərdarlıq edə bilər.
Ancaq həyatda heç kim heç nədən sığortalanmayıb. Maşını sürətlə idarə edən tək məmur uşağı deyil. Sıradan adam da bunu edə bilər. Məsələyə obyektiv yanaşmalıyıq. Sadəcə, məmurun övladı nümunə olmalıdır. Azərbaycanda elə məmur övladı var ki, öz davranışı ilə cəmiyyətə müsbət örnəkdir. İki nəfərə görə bütün məmur övladlarını qaralamaq olmaz. Belə olduğu halda istər-istəməz digərləri də eyni səhvlərə yol verir. Ümumiləşdirmə bütün hallarda yanlışdır”.
"Valideynlərinin statusu onların psixologiyasına təsir edir”
E. Rüstəmovun fikrincə, məmurlar övladlarına nəzarət edə bilmir:
"Hazırda kifayət qədər məmur övladlarının normadan kənar davranışlarının şahidi oluruq. Digər tərəfdən, valideynin vəzifəsi, statusu uşaqların psixologiyasına təsir edir və bu, böyük problemdir. Günümüzdə artıq bu proses valideynin nəzarətindən çıxıb. Xüsusilə informasiya əsrində uşaqları idarə etmək çətindir. Yəni məmur qaçaraq həyat yaşayır və 24 saatın 15 saatını işləyir. Belə olduğu halda məmurun övladını görmə ehtimalı da az olur. Bu cür şeylər tarixən də olub. Sovet dövlətinin birinci katibi Brejnevin qızının brilliant alveri ilə məşğul olduğu deyilirdi. Yaxud Stalinin oğlu alkoqol aludəçisi idi. Yəni tarixdə nə qədər nümunə var. Sadəcə, məsələ indiki qədər ictimailəşməyib, problem olanda yerində həll edilirdi”.
"Məmurlar övladının çevrəsinə diqqət etməlidir”
"Məmur övladı öz hərəkətinə nəzarət etməli, məmur da övladını bu istiqamətdə tərbiyə etməlidir. Uşağın çevrəsinə, kimlə oturub-durmasına fikir vermək lazımdır. Bir fəsad yaranmasını, daha sonra tədbir görməyi gözləmək olmaz. Məmur övladları ictimai şəxslər olduqları üçün 100 qat ehtiyatlı davranmalıdırlar. Bu gün əksər məmur övladlarının sosial şəbəkələrdə hesabları var. Amma onlar fikirləşmir ki, məmur övladıdı, sadəcə yeniyetmə olduqlarını, gündəlik qayğılarını düşünürlər. Açığı hər bir insanın müəyyən alışqanlıqları, hobbisi, adrenalin çatışmazlıqları ola bilər. Bununla bağlı mütəxəssilərə müraciət etsinlər. Tutaq ki, avtomobili yüksək sürətlə idarə etməyəndə özünü pis hiss edən insanlar var. Lakin heç bir insan bu proseslərdən sığortalanmayıb.
Düşünürəm ki, son zamanlar baş verən hadisələrdən digər məmurlar nəticə çıxarar”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org