Prokurorluq iscileri ile bagli vacib deyisiklik

23:04 – xeber – Azərbaycanda vəzifələrini layiqincə yerinə yetirməyən prokurorluq işçiləri barəsində intizam tənbehi tətbiq oluna bilər.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bununla əlaqədar "Prokurorluq haqqında" qanuna dəyişikliyin edilməsi təklif olunur.
 
Hazırda xidməti intizamı pozduğuna görə prokurorluq işçisinin barəsində irad tutma, töhmət, şiddətli töhmət, aşağı vəzifəyə keçirmə, rütbənin aşağı salınması, vəzifədən azad etmə (bu halda prokurorluq işçisi üç ayadək müddətdə sərəncamda ola bilər, həmin müddət ərzində şəxsin prokurorluq orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, prokurorluq orqanlarında işə təyin edilir), prokurorluq orqanlarından xaric etmə, rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric etmə kimi intizam tənbehlərindən biri tətbiq oluna bilər.
 
Yeni dəyişikliklərdə isə təklif edilir ki, prokurorluq işçisi həm xidməti intizamı pozduğuna, həm də vəzifələrini layiqincə yerinə yetirmədiyinə, "Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi"nin tələblərinə əməl etmədiyinə görə barəsində sadalanan intizam tənbehlərindən biri tətbiq oluna bilər.
 
Yeni dəyişiklik prokurorluq işçilərinin nizam-intizam tədbirlərini gücləndirmək məqsədi ilə beynəlxalq təcrübəyə əsaslanaraq təklif edilir.
 
"Prokurorluq orqanlarında qulluq keçmə haqqında" dəyişikliyin edilməsini nəzərdə tutan yeni layihəyə əsasən, intizam xətası törədildiyi gündən 3 il keçdikdə prokurorluq işçisinə intizam tənbehi verilə bilməz. Qanunun hazırkı variantında isə bu müddət 1 il müəyyənləşdirilib.
 
Qeyd edək ki, hər iki qanuna dəyişiklik layihəsi Milli Məclisin iyunun 14-də keçiriləcək iclasında müzakirə ediləcək.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org