Prezidentler Rusiyaya turk tarixi dersi kecdi – Video

21:37 – xeber – Sosial şəbəkələrdə Krımın ilhaqı ərəfəsində Qırğızıstan və Belarus prezidentlərinin yarımada ilə bağlı Rusiyaya tarix dərsi vermələrini əks etdirən video yenidən gündəmə gəlib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, videoda Qırğızıstan Prezidenti Almazbek Atambayev və Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Krımı ilhaqını düzgün saymadığını bildirir.
 
“Tarixən orada əvvəlcə türk, uyğur və qırğız xaqanlığı olub. Daha sonra isə Qızıl Orda həmin bölgəni tutub. İndiki Qazaxıstan isə Qızıl Ordanın varisidir”, – Atambayev deyib.
 
Lukaşenko isə bu torpağın öncə kimin olmasına nəzər salınarsa, Krımın Qazaxıstana verilməli olduğunu bildirib:
 
“Çoxları Krımın doğru olmayaraq Ukraynanın tərkibinə birləşdirildiyini iddia edir və bu ərazinin tarixi rus torpaqları olduğunu deyir. Bu, doğru yanaşma deyil. Onda Batı xanın zamanına, monqol-tatar dövrünə qayıdaq. Qazaxıstan, Monqolustan Şərqi Avropaya kimi gəlmişdilər və demək olar ki, Rusiyanın bütün ərazisini tutmuşdular. Onda bu əraziləri Qazaxıstana, Monqolustana verək. Əlbəttə, Belarusdan başqa. Çünki onlar bizlərə toxunmamışdılar. Biz sərhədləri yenidən çəkə bilmərik”.
 
Qeyd edək ki, 2014-cü ilin martın 19-da Krım Rusiyaya ilhaq olunub.
 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org