Prezidentin tapsirigi: Kartliye kend teserrufati texnikasi verildi – Foto

20:30 – xeber – Azərbaycan Prezidentinin tapşırığı ilə Gürcüstanın Kvemo Kartli bölgəsinə 10 dəst kənd təsərrüfatı texnikası verilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində Rustavi şəhərində olub. O, burada Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Gəncə Avtomobil Zavodunun istehsalı olan 10 yeni “Belarus” traktorunu Kvemo Kartli regionunun nümayəndələrinə təhvil verib.
 
Bildirilib ki, Prezident İlham Əliyev ötən ilin noyabr ayında Gürcüstana səfəri zamanı Kvemo Kartli regionunun sakinləri ilə görüşündə regionun kənd təsərrüfatının inkişafı ilə bağlı mümkün yardımın göstəriləcəyini bildirmişdi. Bu gün Azərbaycan Prezidentinin tapşırıqlarından biri həyata keçirilir.
 
SOCAR tərəfindən Kvemo Kartli quberniyasının administrasiyasına əvəzsiz olaraq 10 dəst kənd təsərrüfatı texnikası (10 "Belarus" traktoru və 10 kotan) verilib.
 
Rövnəq Abdullayev ilə Kvemo-Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xzinaşvilinin görüşündə Azərbaycanın Gürcüstana bütün sahələrdə köməklik göstərdiyi xüsusi qeyd olunub. Gürcüstan tərəfi bu dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Tərəflər arasında yeni memorandum imzalanıb. Sənəddə Kvemo Kartli bölgəsinə daha 10 dəst kənd təsərrüfatı texnikasının verilməsi nəzərdə tutulub. Texnikanın bu ilin sonanadək Gürcüstana veriləcəyi bildirilib.
 
Görüşdə Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn və digər rəsmi şəxslər iştirak ediblər.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org