Prezidentin NAZ-Lifan tovsiyyesi: hansi nazirlik emel edib?

12:29 – xeber – Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvarın sonunda məmurlara Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş avtomobillərdən istifadəni tövsiyə etməsindən sonra nazirlik və dövlət idarələri o avtomobilləri almağa başlayıb. Bəs hazırda bu sahədə real nəticə nədən ibarətdir?
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvanın NAZ zavodunun istehsal etdiyi avtomobilləri yalnız müharibə əlilləri üçün alır. Vəzifəli şəxslər isə bu avtomobildən istifadə etmir.
 
Nazirliyin şöbə müdiri Elman Babayev açıqlamasında təmsil etdiyi qurumun NAZ-Lifan avtomobillərinin kütləvi alışı və yayılmasında vacib rol oynadığını deyib:
 
“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq əlillərin dövlət büdcəsi hesabına avtomobillə təmin edilməsi çərçivəsində maşınlar məhz Naxçıvan Avtomobil Zavodundan alınır. Prezidentin 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il sərəncamlarına uyğun olaraq, son iki ildə 1933 avtomobil alınaraq müharibə əlillərinin istifadəsinə verilib. Cari ildə də NAZ-Lifan avtomobillərinin alınması nəzərdə tutulur”.
 
Təhsil Nazirliyi isə xidməti istifadə üçün 25 ədəd NAZ minik avtomobili alıb. Bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov məlumat verib.
 
Energetika Nazirliyi son illərdə ümumiyyətlə avtomobil parkının yenilənmədiyini bildirib. Bu səbəbdən də nazirliyin xidməti avtomobilləri arasında NAZ-Lifan yoxdur.
 
Vergilər Nazirliyində 2012-ci ildə alınmış avtomobillərdən istifadə edilir. Bu avtomobillər isə “Toyota Kəmri”, “Honda Akkord”, “Neksia”, KİA, QAZ-31, “Mitsubişi”, “Şevrolet Niva”, UAZ-3163-10 markalı minik avtomobilləridir.
 
“Nazirlik sonunci dəfə 2014-cü ildə xidməti istifadə üçün “Fiat Doblo” markalı avtomobil alıb. Əgər gələcəkdə büdcədən avtomobil alınması üçün vəsait ayrılsa, onda NAZ-Lifan markalı maşınların alınması məsələsinə baxılacaq”, – naziriyin mətbuat xidmətindən Sputnik.az-a bildirilib.
 
Qeyd edək ki, Azərbaycanda nazirlik və dövlət idarələrinə avtomobillərin alınmasını Nazirlər Kabineti tənzimləyir. Qurumların avtomobil parkının yenilənməsi yaxın zamanlarda gözlənilməsə də, təcili ehtiyac yarandığı halda Naxçıvanda istehsal olunan NAZ-a müraciət etmək olar.
 
Çünki bu avtomobillərin qiyməti Qərb və Yaponiya istehsalçılarının aparıcı avtomobil şirkətlərinin istehsal etdiyi maşınlardan ucuzdur. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org