Prezidentin iranli investorlara teklifi – Şerh

17:02 – xeber – Azərbaycanın iqtisadi sektorları iranlı investorlar üçün gəlirli sahələrdən birinə çevrilə bilər.
 
Bu barədə Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib. Onun sözlərinə görə, Azərbaycan sanksiyalardan qurtulan iranlı investorlar üçün çox cəlbedici görünür:
 
“20 il ərzində neft və enerji sektoruna yönəlmiş iqtisadi siyasətin artıq qeyri-neft sahəsinə yönəldilməsi hiss olunmaqdadır. Azərbaycanda keçirilən islahatlar ölkədə investisiya imkanlarını genişləndirir. Prezidentin təklifi də məhz buna hədəflənib ki, İran investorları öz təcrübələrini Azərbaycan iqtisadiyyatında sınaqdan çıxara bilərlər. Azərbaycanın iqtisadi sektorları iranlı investorlar üçün gəlirli sferalardan birinə çevrilə bilər. Çünki burada rəqabət kəskin deyil. Məsələyə Şərq ölkələri fonunda baxsaq, İran investorlarının hansısa formada Avropa iqtisadiyyatında rəqabət gücü nisbətən məhdud qiymətləndirilə bilər. Ancaq onların təcrübəsi Azərbaycan bazarında kifayət qədər uğurlu olar. Məhz bu gəlirlilik də İranı Azərbaycan iqtisadiyyatına investisiya yatırmağa təşviq edəcək. Dünya ölkələrinin, o cümlədən, Azərbaycanın böyük iqtisadiyyata və bazara malik İranda öz maraqları var. İki ölkə arasında əlaqələri və tarixi yaxınlığı nəzərə alsaq, gələcəkdə Bakı və Tehran qarışılıqlı şəkildə maraqlı tərəfdaşa çevrilə bilərlər”.
 
Qeyd edək ki, fevralın 23-də Prezident İlham Əliyev İrana rəsmi səfər edib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org