Prezidentin inek sagan qadini – Foto

01:35 – xeber – Aleksandr Lukaşenko gələcək arvadı Qalina Jelneroviç  ilə hələ orta məktəbdə mehriban olub.
 
Baki-baku.az xəbər verir ki, gələcək prezident qonşu kənddən olan Qalinanın görüşünə yağışa, borana baxmadan 4 km yol qət edərmiş. Məktəbi bitirdikdən sonra Qalina sevgilisinin yolu ilə gedib Mogilyov Pedoqoji İnstitutunun tarix fakültəsinə daxil olur. Deyilənə görə, onu imtahanlara Lukaşenko hazırlaşdırıbmış.
 
1975-ci ildə evləndikdən sonra gənclər Mogilyovda işə düzəlir və ev kirayələyir. İşləri pis getmir. Bir qədər sonra ailənin ilki Viktor xəstələnir və həkimlər uşağın tələf olmaması üçün ailənin təcili olaraq kənd yerinə köçməsini ciddi şəkildə tövsiyə edirlər. Belarusiyanın birinci xanımı bu barədə belə deyir:
 
“Saşa o vaxtlar qətiyyən karyera haqda düşünmürdü. Qarşımızda bir məqsəd vardı: oğlumuzu xilas etmək. Ərim onunla ciddi məşğul olurdu. İndi tamamilə sağlamdır”.
 
Hazırda Prezident Lukaşenkonun üç oğlu, yeddi nəvəsi var. Böyük oğlan Viktor 1975, Dmitri 1980-də, sonbeşik Nikolay isə ikinci qardaşından 24 il sonra – 2004-cü ildə dünyaya gəlib. Deyilənə görə, Nikolayın anası Qalina yox, Lukaşenkonun şəxsi həkimi, Prezident İşlər İdarəsi xəstəxanasının keçmiş baş həkimi İrina Abelskayadır.
 
Hazırda Qalina Lukaşenko ərindən ayrı yaşayır. Amma rəsmi boşanma olmayıb.
 
Bu şəkil Qalina Rodionovna 90-cı illərin əvvəllərində kənddə inək sağarkən çəkilib. Fotoşəkil qəzetdə dərc edildikdən sonra Qalina Lukaşenko on ildən artıq jurnalistləri yaxınına buraxmayıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org