Prezidentden muhum qerar: publik huquqi sexs yaradilib


[r32]
– xeber –
Martın 7-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılıb və bu qurumun Nizamnaməsi təsdiq edilib. Təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə, Nazirlər Kabinetinə və Fondun özünə həvalə olunub.
Sənədə əsasən, qurumun dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılan nizamnamə fondunun məbləği 115 min manat təşkil edir.
Fondda 9 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Fondun fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor rəhbərlik edir.
Fərmanda qeyd olunub ki, Fond “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun balansındakı dövlət əmlakı yeni qurumun balansına verilsin.
Fondun Nizamnaməsində qurumun fəaliyyətinin məqsədi və istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları və digər məsələlər əksini tapıb.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org