Prezident xalq artistinin heykelinin acilisinda – Foto

14:34 – xeber – Oktyabrın 4-də dünya şöhrətli müğənni, xalq artisti Rəşid Behbudovun Bakıda heykəlinin açılış mərasimi olub.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
 
Dövlət başçısı İlham Əliyevə məlumat verilib ki, dünya şöhrətli müğənninin adını daşıyan Dövlət Mahnı Teatrının qarşısında ucaldılan heykəlin müəllifi Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir. Heykəlin hündürlüyü 3, pyedestalla birlikdə isə 4,5 metrdir.
 
Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və məşhur müğənninin ailə üzvləri ilə birlikdə heykəlin üzərindəki örtüyü götürüb.
 
Dövlətimizin başçısı abidənin önünə gül qoyub.
 
Prezident İlham Əliyev mərasimdə çıxış edib.
 
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, xalq artistləri Mübariz Tağıyev, Xuraman və Fidan Qasımova bacıları, müğənninin ailə üzvü Kamil Şahverdiyev çıxış ediblər.
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və tədbirin iştirakçıları abidənin önünə gül dəstələri qoyublar.
 
Dövlətimizin başçısı Rəşid Behbudovun ailə üzvləri, mərasimdə iştirak edən mədəniyyət və incəsənət xadimləri ilə görüşdü.
 
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dünya şöhrətli müğənninin ailə üzvləri və mərasimə gələn qonaqlarla xatirə şəkli çəkdirdilər.
 
Daha sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və mərasim iştirakçıları Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının estrada-simfonik orkestrinin müşayiəti ilə əməkdar artist Xəyyam Mustafazadə və müğənni Fəxri Kazım Nicatın ifasında dünya şöhrətli müğənnilər Rəşid Behbudovun və Müslüm Maqomayevin repertuarlarından mahnılar dinlədilər.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org