"Prezident" oteli separatcilarin toplantisindan imtina etdi

– xeber – Separatçı rejimlərin sentyabrın sonunda Rusiya paytaxtında keçiriləcək toplantısının yeri dəyişdirilib.

 

APA-nın əldə etdiyi məlumata görə, Rusiya Prezident Administrasiyasının İşlər İdarəsinin balansında olan “Prezident” hoteli məlum toplantını keçirməkdən imtina edib.

 

“Millətlərin dialoqu. Öz müqəddəratını təyinetmə hüququ və çöxqütblü dünyanın inşası” adlı II beynəlxalq konfransın təşkilatçısı olan Rusiya Antiqlobalist Hərəkatından APA-nın Moskva müxbirinə verilən məlumata görə, tədbir sentyabrın 25-də Moskvadakı “Ritz-Carlton” hotelində keçiriləcək. Məlumatda toplantının yerinin dəyişdirilməsi konfransa olan böyük maraq və iştirak üçün çoxsaylı müraciətlərin olması ilə izah edilib. Bundan başqa, məlumatda konfrans iştirakçılarının siyahısı da göstərilib. Əvvəlki siyahıdan fərqli olaraq, Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya separatçıları iştirakçılar arasında qeyd olunmayıb. Lakin Antiqlobalist Hərəkatından bildirilib ki, yaydıqları son press-relizdə qondarma Dağlıq Qarabağ rejiminin adı iştirakçılar siyahısından çıxarılsa da, onların nümayəndələrinin tədbirdə iştirakı gözlənilir. 

 

Konfransda Texas, Kaliforniya, Havay, Puerto-Riko, İrlandiya, Kataloniya, İtaliya, Qərbi Saxara, Donets və Luqansk nümayəndələrinin iştirak edəcəyi bildirilib.

 

Qeyd edək ki, konfransın keçiriləcəyi “Ritz-Carlton” mehmanxanası əslində “Prezident”dən çox kiçikdir. “Prezident” Moskvanın ən böyük hotellərindən biri hesab olunur. Ona görə də, təşkilatçının konfransın yerinin dəyişdirilməsi ilə bağlı göstərdiyi səbəb inandırıcı deyil.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org