Prezident imtahana sexsen nezaret edir

17:29 – xeber – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə doktorant və dissertantlar üçün doktorluq imtahanı sessiyasının gedişinə şəxsən nəzarət edir.
 
Akademiyadan Axar.az-a verilən məlumata görə, bunu AMEA-nın doktorant və dissertantları üçün nəzərdə tutulan alman və fransız dilləri üzrə doktorluq imtahanları başlamazdan əvvəl AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov deyib.
 
Akademiya rəsmisi qeyd edib ki, iki gün davam edəcək imtahan tam obyektiv şəkildə keçiriləcək:
 
"AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə yaradılmış imtahan komissiyası peşəkar, təcrübəli və obyektiv pedaqoqlardan ibarətdir. Komissiya tam müstəqildir və onun işinə heç kimin müdaxiləsinə yol verilməyəcək. İmtahan xarici dildən doktorluq minimumu imtahanlarına qoyulmuş tələblərə ciddi riayət etməklə keçiriləcək. Nəticələr isə hər bir iştirakçının elektron ünvanına göndəriləcək".
 
İngilis dilindən və ixtisas fənlərindən imtahanların artıq başa çatdığını qeyd edən Ə.Sadıqov iyunun 20-si və 22-də "Ümumi fəlsəfə" fənnindən imtahanların baş tutacağını bildirib. Ə.Sadıqov ingilis dili imtahanının akademik IELTS poqramı üzrə keçirildiyini və uğurlu nəticələrin əldə edildiyini xüsusi vurğulayıb.
 
İdarə rəisi həmçinin bildirib ki, AMEA-nın prezidenti imtahan sessiyasının gedişinə şəxsən nəzarət edir. İmtahanların yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə onun tərəfindən AMEA-nın müvafiq strukturlarına xüsusi tapşırıqlar verilib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org