"Prezident İlham Eliyevin Nuve Tehlukesizliyi Sammitine devet edilmesi Azerbaycanin dovletciliyine verilen qiymetdir"

6 Yanvar 2016 18:13 – xeber –

Azərbaycan Prezidenti İlham Əliyevin bu il ABŞ-da keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi Birləşmiş Ştatlardakı erməni diaspor təşkilatlarının apardığı anti-Azərbaycan kampaniyasına Ağ Ev tərəfindən verilən qəti cavabdır.

Bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, erməni diaspor təşkilatları, dairələri vaxtaşırı ABŞ-ın Azərbaycana qarşı sanksiya tətbiq etməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun düşməsinə cəhd göstərirdilər: "Bununla belə, ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidentini sammitə dəvət etdi. Azərbaycan Prezidenti İlham Əliyevin bu il ABŞ-da keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi Azərbaycanın dövlətçiliyinə verilən qiymətdir. Bu sammit dünyanın nüfuzlu dövlətlərinin rəhbərlərinin təhlükəsizliklə bağlı mövqelərini öyrənən xüsusi əhəmiyyətli bir tədbirə çevrilib. Barak Obama tərəfindən Azərbaycan Preizdentinə dəvət göndərilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı dövlətçilik nüfuzundan, onun iqtisadi inkişafına verilən qiymətdən xəbər verir. Bu, Azərbaycanın beynəlxalq aləmdə təhlükəsizliyə verdiyi töhfənin qiymətləndirilməsidir".
A.Mirzəzadənin sözlərinə görə, sammit çərçivəsində bir qayda olaraq ikitərəfli görüşlərin keçirilməsi də artıq ənənəyə çevrilib.
Deputat hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sammitə dəvət edilməsi ilə Azərbaycan müstəqil bir dövlət kimi beynəlxalq aləmdə nüfuza malik olduğunu bir daha təsdiq etdi.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org