“Prezident her il yoxsul vetendaslari hecce gonderir”

12:40 – xeber – Həcc ziyarətinə neçə dəfə gedib-gəlmək insanın arzusudur və ona heç kim qadağa qoya bilməz. Əgər insanın maddi imkanı varsa və bunu halal zəhmətlə əldə edibsə, həccə lap 10 dəfə də gedə bilər.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a müsahibəsində deyib.
 
Deputatın sözlərinə görə, hamı ziyarətə gedib-gəlsin deyə, bir insanın 1 dəfə ziyarətə getdikdən sonra bir az ara verməsi daha yaxşı olar:
 
“Çünki ziyarətə gedənlərin hamısını birdən yerləşdirmək çətin olur. Həm də hər il ölkəyə həcc ziyarəti ilə bağlı müəyyən kvota verilir. Bu baxımdan ziyarətə 1 dəfə gedən insanın müəyyən müddət buna ara verməsi daha məsləhətli olar. Amma ümumilikdə islamda, Qurani Kərimdə, şəriətdə bir adamın 1 dəfədən artıq həcc ziyarətinə getməməsi ilə bağlı hansısa qadağa yoxdur.
 
Halal zəhmətlə qazanılmış pul hesabına adam neçə dəfə istəsə, həccə gedə bilər.
 
Səudiyyə Ərəbistanının kralı hər il cənab Prezident İlham Əliyevə özü şəxsən ziyarət üçün yer ayırır. Bu yer də hər il ziyarətə getmək arzusunda olan yoxsul vətəndaşlara verilir.
 
Zəhmətlə işləyərək pul qazanan fermer, sahibkar, iş adamı 3 nəfər işçisini hər il həccə göndərsə, savaba girmiş olar. Amma oğurluq, quldurluq edib həccə adam göndərənlər elə bilirlər ki, günahları bağışlanır, onlar səhv düşünürlər”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org