Prezident daha bir bascini isden cixardi

16:37 – xeber – Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tutduğu vəzifədən azad olunub. Bu vəzifəyə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov təyin olunub.
 
Virtualaz.org bildirir ki, bu barədə sərəncamların olması haqda xəbər isə bir az əvvəl Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini – Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağəliyevin iştirak etdiyi Salyan RİH-də rayon idarə-müəssisə rəhbərlərinin iştirakı ilə keçirilmiş toplantıda açıqlanıb.
 
Qeyd edək ki, Tahir Kərimov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 2011-ci ildən işləyirdi.
 
Salyanın yeni başçısı Hətəmov Sevindik Hacıağa oğlu 1963-cu il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis- mexanik fakultəsini bitirib.
 
2005-.2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisiin üzvü, sonralar Azərbaycan Respublikası Prezidenti Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçisi işləyib.
 
Azərbaycan prezidentinin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı işləyirdi.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org