Prezident bu mesajlari verdi – Vahid Ehmedov

08:00 – xeber – Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında bir sıra mesajlar verdi.
 
Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat dövlət başçısının belə bir təşəbbüslə çıxış etməsinin səbəblərini açıqlayıb:
 
“Dövlət başçısının verdiyi mesajlar içərisində ən önəmlisi diaspor təşkilatları ilə səfirliklər arasında olan münasibətlər və xaricdə yaşayan azərbaycanlıların ölkəyə investisiya yatırımı ilə bağlı idi. Rusiya, Almaniya və Türkiyədə yaşayan iş adamları arasında çox güclü biznesmenlərimiz var. Təəssüf ki, onlar Azərbaycana investisiya qoymaqda o qədər də maraqlı deyillər. Ancaq dünyada qlobal maliyyə böhranı, müharibələr və siyasi böhran gedən bir dövrdə buna böyük ehtiyac var. Ona görə də ölkə rəhbəri belə bir təşəbbüslə çıxış etdi. Bu, tamamilə yerində olan bir çağırış idi. Çünki xaricdə yaşayan sahibkarlarımız Azərbaycanda, xüsusilə də qeyri-neft sektorunda biznes fəaliyyətində fəal iştirak edə bilərlər. Bu yöndə qarşıda müəyyən irəliləyişlərin olacağına inanıram. Çünki son vaxtlar ölkədə biznes fəaliyyəti üçün çox ciddi addımlar atılıb, münbit  şərait yaradılıb”.
 
V.Əhmədov bank sistemi ilə əlaqədar problemlərə də toxunub:
 
“Maliyyə Bazarlarına Nəzarət Palatası çox ciddi işləyir, artıq bu yöndə diaqnostika işləri başa çatdırılıb. Tezliklə müəyyən qərarlar veriləcək”.
 
Qeyd edək ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı xaricdə yaşayan zəngin soydaşlarımız və investorları Azərbaycana yatırım qoymağa çağırıb. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org