Prezident bascini bu hereketine gore cixardi – Video

22:46 – xeber – Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyevin işdən kənarlaşdırılmasının səbəbi haqda məlumat yayılıb.

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu ilin yanvar ayının 13-ü, axşam saatlarında Biləsuvarda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə görüş zamanı Mahmud Quliyevin qaçqınları təhqir etdiyini təsdiqləyən video onun vəzifədən çıxarılmasına əsas verib. Videodan da görünür ki, başçı sakinlərlə heç də etik çərçivədə rəftar etmir.

Prezident Administrasiyası rəhbərinin müavini, ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev də bu gün Prezident sərəncamı ilə bağlı açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar, məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcəkdir.

Zeynal Nağdəliyev həm də qeyd edib ki, vəzifədən çıxarılan icra başçıları öz fəaliyyətlərini cənab Prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər. 

Xatırladaq ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayon icra başçısı Mahmud Quliyev və Laçın rayon icra başçısı Akif Səlimov işdən azad edilib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org