Prezident AŞPA meruzecilerini qebul etdi

12:50 – xeber – Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, həmməruzəçilər Bakıda keçiriləcək Formula-1 yarışlarının beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyini vurğulayıblar.
 
Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığa toxunan qonaqlar bu əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıblar. Həmməruzəçilər “Məhkum olunmuş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan prezidentinin Sərəncamının və "Amnistiya aktı haqqında" qanunun qəbul edilməsinin Avropa Şurası tərəfindən alqışlandığını deyib, bunların önəmini vurğulayıblar.
 
Dövlət başçısı Azərbaycanla Avropa Şurası arasında uzun illər səmərəli və konstruktiv əməkdaşlığın həyata keçirildiyini bildirib, əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.
 
Prezident İlham Əliyev Azərbaycanın bu təşkilatın ən fəal üzvlərindən biri olduğunu deyib, əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
 
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org