Preziden yaninda Şuranin ilk iclasi kecirildi

13:17 – xeber – Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının ilk iclası keçirilir.

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası prezident İlham Əliyevin fevralın 3-də imzaladığı fərmanla yaradılıb.

Fərman sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə imzalanıb.

Prezidentin digər fərmanı ilə Azərbaycan Prezidenti yanında Apelyasiya Şurasının tərkibi təsdiqlənib.

Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev Şuranın sədri, Prezidentin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin aparıcı məsləhətçisi Feyruz Mustafayev, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev, Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi Bəhram Məmmədli, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun böyük məsləhətçisi Nəsimi Məmmədov, Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi Elturan Babayev, Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Niyaz Əliyev, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri Süleyman Qəmbərov və İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Anar Əliyev Şuranın üzvləri təyin ediliblər.  

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org