Porosenkonun Putine gizli zengi: Onlar neden danisib?


[r32]
– xeber –
Rusiya lideri Putinlə Ukrayna Prezidenti Poroşenko arasında gizli telefon danışığı baş tutub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, iddiaya görə, Ukrayna ilə Rusiya bir-birini qarşılıqlı olaraq ittiham etsələr də, Putinlə Poroşenko telefon əlaqəsini saxlamaqdadırlar. Belə telefon əlaqələrindən biri aprelin birinci ongünlüyündə baş tutub. Kiyevin təşəbbüsü ilə baş tutan danışıq 20 dəqiqə davam edib və liderlər Donbasdakı vəziyyəti müzakirə ediblər.
“Kommersant” qəzeti Kiyev və Moskvadakı mənbələrinə istinadla yazıb ki, söhbət yüksək səviyyədə keçib, hətta prezidentlər zarafatlaşıblar. “Prezidentlər zarafat etməyə məcbur idilər, çünki belədə bir-birinə qarşı kəskin ifadələr işlətməkdən qaçmaq olur, – qəzetin Moskvadakı mənbəsi bildirib. – Sonda Putinlə Poroşenko konkret nəticəyə gəlməyiblər. Yalnız “humanitar sahədə bəzi razılaşmalar” əldə edilib”.
Qəzetin Kiyevdəki mənbəsi isə bildirib ki, telefon danışığında əsirlərin dəyişdirilməsi, Donbasa ərzaq, su, elektrik enerjisinin, o cümlədən qondarma qurumdakı pensiyaçıların təqaüdünün verilməsi müzkirə edilib. Poroşenko isə deyib ki, əgər özünü qondarma qurumun rəhbəri elan edənlər elektrik enerjisi haqqını ödəməsələr, Kiyev onu kəsəcək.
İddialarda o da bildirilir ki, liderlər telefon əlaqəsi barədə açıqlama verməmək barədə razılaşıblar. Məqsəd isə Poroşenkonun əleyhdarlarına ona qarşı “satqın” yarlığını yapışdırmaq şansı verməməkdir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org