Polsada saxta ile elaqedar 39 nefer helak olub – YENİLENİB

5 Yanvar 2016 08:37 – xeber –
08:37
Noyabr ayından bəri Polşada müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar insan itkilərinin sayı 39 nəfərə çatıb. Olkem.az anspress-ə istinadən xəbər verir ki, ölənlərin çoxu donvurmadan dünyasını dəyişən səfilllərdir. Ümumilikdə hipotermiyadan 27 nəfərin həlak olduğu bildirilir. Digərləri evlərin isidilməsi zamanı dəm qazından və ya yanğından həlak olan vətəndaşlardır. 6 nəfər isə Slovakiya ilə sərhəddə yerləşən Tatra dağında sürüşərək yerə çırpılıb və həlak olub. Həftə sonundan bəri ölkənin bir çox bölgələrində temperatur mənfi 18 dərəcəyə düşüb. Qan donduran soyuq hava şəraiti, səfil həyat tərzi sürən evsiz insanları müvəqqəti sığınacaqlara axın etməyə vadar edib. 
Bu arada Almaniyanın Bremen şəhərində havaların soyuq keçməsiylə əlaqədar çadır düşərgəsində qalan 300-ə yaxın miqrant isti sığınacaqlara təxliyyə olunub. Şaxta ucbatından çadır düşərgəsinin su təchizat xətti donub, eyni zamanda isitmə sistemi kəsilib.
Almaniya mətbuatına görə, paytaxt Berlində isə çoxlu sayda miqrant, yeni il məzuniyyətindən sonra yenidən açılmış dövlət qurumlarında qaçqın olaraq qeydiyyatdan keçmək üçün şaxtalı havada uzun növbələrdə gözləməyə məcbur olub.
——–
08:08
Polşada iki gün ərzində 20 nəfər donaraq ölüb. Olkem.az anspress-ə istinadən xəbər verir ki, son bir neçə ay ərzində Polşanın ayrı-ayrı bölgələrində temperatur 20 dərəcə aşağı düşüb.
Sinoptiklərin proqnozlarına görə, şaxta hələ bir neçə həftə davam edəcək. Təhlükəsizlik mərkəzindən verilən məlumatlara əsasən, noyabrın 1-dən etibarən ölənlərin sayı artıq 39 nəfərə çatıb. 
Təhlükəsizlik mərkəzinin nümayəndəsi Bojena Vısoçkoyanın dediyinə görə, yalnız son sutka ərzində 12 nəfər ölüb. Bundan bir gün əvvəl isə daha 8 nəfərin öldüyü deyilir. 
Havanın soyuq keçməsi, yağan qar yolları iflic vəziyyətə salıb, 150-dən çox ev istiliksiz qalıb. Bəzi dükan və marketlər bağlanıb, dövlət müəssisələri tətil elan edib.
Ümumiyyətlə, Avropada qış çox sərt keçir və insanların donaraq ölməsi hallarına, demək olar, hər il rast gəlinir. Ən yadda qalan il isə 2012-ci il olub. Həmin il Avropada 60-dan çox insan donaraq dünyasını dəyişib. Soyuq hava daha çox Şərqi və Mərkəzi Avropada müşahidə edilib.
Ukraynada 30-a yaxın, Polşada isə təxminən 20 adam soyuq havanın qurbanı olub. Onların əsasən evsiz-eşiksizlər olduğu vurğulanıb. Bəzi ölkələrdə havanın hərarəti mənfi 20-25 dərəcəyədək enib. Sinoptiklərin proqnozlarına görə, şaxta azı bir həftə davam edəcək.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org