Polkovnik ermenilerle bagli gurculere muraciet etdi

19:46 – xeber – Azərbaycanın ehtiyatda olan polkovniki gürcü xalqına müraciət edib.
 
Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Adil Həsənov APA-ya göndərdiyi müraciətdə qardaş gürcü xalqını ermənilərin bu fitnələrinə uymamağa çağırıb.
 
“Mən Gürcüstanda doğulub boya-başa çatmışam. Qəhrəman, igid, mərd, qonaqpərvər gürcü xalqı, tarixi və gürcü mədəniyyəti ilə yaxından tanışam və özümə doğma bilirəm. Odur ki, orada baş verənlərlə daim yaxından maraqlanıram. Bu günlərdə Cavaxetiya bölgəsində erməni separatçılarının qondarma erməni soyqırımı ilə bağlı keçirdiyi aksiya və orada baş verən insidentlər məni çox narahat etdi. Bu birinci hal deyil ki, Cavaxetiyada məskunlaşan ermənilər tərəfindən, onlara isti yuva vermiş və hərtərəfli qayğı ilə əhatə etmiş gürcü xalqına qarşı belə separatçı iddialar irəli sürülür.
 
Acınacaqlı odur ki, Gürcüstanda məskunlaşan və  özlərinə gözəl yaşayış tərzi quran ermənilər, faşist ideologiyasına xas olan məşəlli yürüş keçirərək, ictimai asayişin pozulmasına rəvac verməklə  yanaşı, sosial şəbəkələrdə Gürcüstanın dövlət quruluşuna, milli təhlükəsizliyinə zidd olan, eyni zamanda gürcü xalqını təhqir edən, konstitusiyasına hörmətsizlik nümayiş etdirən şərhlərin yayılması ilə də mütəmadi məşğul olurlar.
 
Gürcüstanı, qardaş gürcü xalqını sevən və çoxlu gürcü dostları olan bir insan kimi onları ermənilərin bu fitnələrinə uymamağa, diqqətli olaraq vaxtında qarşısının alınmasına çağırıram. Əks halda bu, gələcəkdə qardaş Gürcüstanın dövlətçiliyinə ciddi təhdid təşkil edərək orada da Dağlıq Qarabağda olduğu kimi separatçı münaqişənin alovlanmasına səbəb ola bilər”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org