Politoloqdan III Dunya savasi anonsu

09:48 – xeber – Dünya hazırda çox gərgin dövrünü yaşayır. ABŞ və Rusiya arasında kəskin, barışmaz xarakter alan münasibətlər böyük fəlakətlərlə nəticələnə bilər.
 
Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Rusiya-ABŞ rəqabətinin xüsusilə Suriyada pik həddə çatdığını deyən politoloq iki ölkə münasibətlərinin tam qarşıdurma səviyyəsində olduğunu bildirib:
 
“Rusiya Amerikanın hegemonluq siyasətinə qarşı dayandığını bildirsə də, əslində, vəziyyət heç də göründüyü kimi deyil. ABŞ Rusiyaya qarşı fövqəladə tədbirlərini davam etdirir: bunlar sanksiyalar və Suriyada hərbi əməliyyatlar şəklində ola bilər. Hərbi əməliyyatların Amerika qoşunları tərəfindən həyata keçirilməsi mütləq deyil, bunu Vaşinqtonun bölgədəki tərəfdarları da yerinə yetirə bilər. ASO və kürd peşmərgələrinin istənilən zaman Rusiyanın bazasına terror hücumları Rusiyanın Suriyadan vurulub çıxarılmasına, ən son nəticədə isə Amerikanın Bəşər Əsədlə haqq-hesabı çürütməsinə gətirib çıxara bilər. Moskva isə Əsədə toxunulacağı təqdirdə bunun dünya müharibəsinə səbəb olacağını bildirir. Tərəflər hədsiz təhdidedici bəyanatlardan çəkinmirlər. Görünən odur ki, Səudiyyə da daxil olmaqla, ərəb ölkələrinin əksəriyyəti, eləcə də bir sıra Avropa ölkələri Rusiya və İranın Suriyadan çıxarılması istiqamətində müəyyən addımların atılmasını həm BMT, həm də konkret hərbi hərəkətlər səviyyəsində həyata keçirmək niyyətindədirlər”.
 
Vəziyyətin olduqca gərgin olduğunu söyləyən politoloq qeyd edib ki, yaxın zamanlarda Rusiyaya qarşı sanksiyaların yeni dalğasının şahidi ola bilərik:
 
“Üstəlik, Suriyada rus qoşunlarına müxtəlif hücumlar da istisna deyil. Düzdür, ruslar ASO-nu dənizdən ballistik raketlərlə vuracaqları ilə təhdid edirlər. Ancaq hər halda vəziyyət Kremlin düşündüyü qədər sadə deyil. Proseslər Rusiya və İranın əleyhinə işləyir. Çünki Səudiyyə də Suriyada nəinki fəaliyyətini artırır, Ər Riyadı təmsil edən müsəlman ittifaqını da gücləndirir. Dünya hazırda çox gərgin dövrünü yaşayır. ABŞ və Rusiya arasında kəskin, barışmaz xarakter alan münasibətlər böyük fəlakətlərlə nəticələnə bilər. III Dünya savaşı heç bir dövlət üçün arzulanan deyil”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org