Polisden Lenkerandaki kutlevi dava ile bagli – Aciqlama


[r32]
– xeber –
Lənkəran şəhərinin “Ləvəngi” dairəsində dünən gecə saatlarında baş verən kütləvi dava ilə bağlı araşdırma başladılıb.
Bu barədə Axar.az-a Lənkəran Rayon Polis Şöbəsindən dünən gecə saatlarında iki nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava barədə danışarkən bildiriblər:
“Hazırda araşdırma aparıldığı üçün əlavə məlumat verə bilmərik”, – polisdən bildirilib.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasından verilən məlumatda bildirilib ki, hadisə zamanı iki nəfər yaralanıb və gecə saatlarında xəstəxanaya yerləşdiriliblər. Yaralılardan birinin vəziyyəti ağırdır:
“Kütləvi davada ağır yaralanan 1977-ci il təvəllüdlü Paşayev Emin Qurban oğlu hazırda reanimasiya şöbəsindədir. O, bud nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlığını qoruyur. Digər yaralı isə Travmatologiya şöbəsindədir. Vəziyyəti normaldır”.
Qeyd edək ki, Lənkəranın “Ləvəngi” dairəsi adlanan ərazisində kütləvi dava baş verib. Əraziyə iki avtomobillə gələn Liman şəhərinin 8 sakini burada avtoxuliqanlıq edib. Bu zaman taksi sürücüləri onlara irad tutub. Nəticədə, tərəflər arasında 10 nəfərin iştirak etdiyi kütləvi dava baş verib. Dava zamanı taksi sürücülərindən ikisi bıçaq xəsarətləri alıb.
Hadisəni törətmiş avtoxuliqanların sərxoş vəziyyətdə olduğu bildirilir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org