Polis ozunu qurban verib insanlari qurtardi (FOTO)

7 Yanvar 2016 13:51 – xeber –
Rusiyada gənc polis əməkdaşı ölkə qəhrəmanına çevrilib. O, soyuqdan donmaq təhlükəsi ilə üzləşmiş insanları xilas etmək üçün əynindəki paltarları çıxararaq bu adamlara verib.
Qəhrəman polisin əllərini don vurub. Həkimlərin dediklərinə görə, onun sol əlinin barmaqları kəsilə bilər.
Olkem.az KP-yə istinadən bildirir ki, Rusiya DİN-in gənc əməkdaşı Danil Maksudov Orenburq-Orsk yolunda qalmış insanlara yardım edib. Post-Patrul Xidmətində çalışan Danil əynindəki gödəkçəni uşağa, əlcəklərini isə qıza verib.
Yanvarın 2-də Mednoqorsk şəhər polis şöbəsinə Orenburq-Orsk yolunun 207-ci kilometrində onlarla avtomobilin buz basmış yolda, qar altında, çovğunda qalması barədə xəbər daxil olub. Hadisə yerinə PPX heyəti göndərilib, xilasetmə işləri başlanılıb.
Yol polisləri dərhal 15 maşından ibarət karvan formalaşdıraraq olay yerinə yollayıblar. Daha sonra Mednoqorska daha 2 karvan göndərilib.
Təxminən 50 avtomobil qarın əsirliyindən çıxarılıb.
Danil Maksudov da qar içində qalmış insanlara yardıma göndərilən yol polisləri arasında idi. Polislər olay yerinə "VAXTA" yük avtomobili ilə yollanıblar.
D.Maksudov 9 nəfərin xilas olunmasında bilavasitə iştirak edib. O, qar içində qalmış maşınlardakı insanları çıxararaq "VAXTA"ya tərəf aparıb. Bu zaman Danil soyuqdan titrəyən gənc qızla uşağı görüb.
Danil əynindəki gödəkçəni qıza, əlcəklərini sə uşağa verəndən sonra yenidən buzlu yola qayıdıb və tüğyan edən çovğunda əlacsız qalmış insanlara yardım edib.
 

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org