Planetin mehvine sebeb ola bilecek – 5 tecrube


[r32]
– xeber –
Planetimizdə elə təcrübələr aparılıb ki, onlar Yeri tamamilə məhv edə bilmə gücünə sahib olublar.
Axar.az Ölkə.az-a istinadla o təcrübələri təqdim edir:
Kolsk dərin quyusu
Bu dərin quyu Rusiyanın ən ucqar şimali-qərb nöqtəsində, Şimal qütbü zonasında yerləşir. Bu quyu ən dərin yeraltı quyu sayılır. Sovet alimləri 1970-ci ildən burğu ilə qazma işlərinə başlayıblar və 1989-cu ildə 12 min 262 metr dərinliyə çatıblar. Onlar Yer qabığını qazaraq mantiyanın üst qatına çatmaq istəyirdilər. Amma onları hansı təhlükənin gözlədiyindən xəbərsiz idilər. Qazıntı işləri vaxtı 177 dərəcə istiliyə çatdıqları üçün işləri yarımçıq qoydular.
Triniti sınağı
Bu sınaq ABŞ-ın "Manhetten Layihəsi" proqramının bir hissəsidir. Məqsəd nüvə silahı əldə etməkdir. 1945-ci ilin 16 iyul tarixində baş tutan bu sınaq dünyada ilk atom qurğusunun partlayışı sayılır.
Yeni nəsil silahın hazırlanması əvvəlcə layihədə iştirak edən alim Edvard Tellerin təşvişi səbəbindən gecikirdi. Onun fikrinə görə, belə güclü plutonun detonasiyası güclü fəsadlara səbəb ola bilərdi. Amma növbəti hesablamalar belə ssenarinin baş tutma ehtimalının minimum olduğunu sübut etdiyi üçün iş davam edir.
Böyük adron kollayderi
2008-ci ilin 10 sentyabr tarixində alimlər rəsmən bəyan etdilər ki, Böyük adron kollayderinin yaradılması barədə layihə üzərində iş gedir. Bəziləri bu bəyanatdan sonra bu qurğunun bütün dünyanı məhv edəcəyini düşünürdülər.
6 milyard dollar dəyəri olan layihədə protonlar 27 kilometrlik tunelə buraxılır və toqquşurdular. Bu isə mikroskopik qara dəliklərin yaranmasına səbəb olurdu. Alimlərin fikrinə görə, bu qara dəliklər Böyük Partlayışdan sonra da yaranmışdı.
Bəzi alimlər düşünürdülər ki, təcrübə nəticəsində yaranan qara dəliklər Yeri udana qədər böyüyəcəklər.
"Starfiş Praym"
Yerin maqnitosferi vacib müdafiə qatı sayılır. Bu qat dünya atmosferini günəş küləklərinin məhvedici təsirindən qoruyur. Bəs maqnitosferdə atom bombası partlasa nə baş verər?
Birləşmiş Ştatlar 1962-ci ildə bu məsələni öyrənməyə başlayır. Bundan başqa, təcrübənin məqsədi sovet nüvə raket başlıqlarını kosmik orbitdə ələ keçirmək idi. Bu səbəbdən Sakit okeandakı Conston atollunun üzərində, 400 km hündürlükdə termo-nüvə başlığı partladılır. 1.4 meqaton gücü olan partlayış 1450 km məsafədən aydın görünür. Elektro maqnit impulsları Havay adalarında da elektrik və telefon xəttini zədələyir.
Yerin aşağı orbitində süni radiasiya qurşağı yaranır və 5 il ərzində o dövrdəki peyklərin üçdə bir hissəsini zədələyir.
SETİ layihəsi
Bu layihə yerdənkənar sivilizasiya ilə əlaqə axtarışları üçün nəzərdə tutulub.
1896-cı ildə Nikola Tesla düşünürdü ki, radio dalğalardan yadplanetlilərlə əlaqə yaratmaq işində istifadə edilə bilər. 1899-cu ildə o, Marsdan siqnal qəbul etdiyini bildirir. 1924-cü ildə Birləşmiş Ştatlarda "milli radio günü" elan edilir. 21-23 avqust tarixləri arasında alimlər efiri yoxlayaraq Qırmızı planetdən gələn radio tezlikləri axtarmağa başlayırlar.
SETİ layihəsində yerüstü və orbitdəki teleskoplardan, nəhəng radio teleskoplardan istifadə edilir. Amma bəzi alimlərin fikrinə görə, bəşəriyyətin yadplanetlilərlə yaxınlaşma cəhdi fəlakətlərə səbəb ola bilər.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org