– xeber – PKK-nın Suriyadakı qolu PYD Münbiç vilayətinin mərkəzinə 5 kilometrə qədər yaxınlaşıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, sözügedən qüvvələr Münbiç ilə Türkiyə sərhədində yerləşən və İŞİD-in nəzarətində olan Cerablus mahalı arasındakı əlaqə xəttini kəsib.
Məlumata görə, PYD Kirsan, Tahtaniye, Rafia, Ummizam qəsəbələrini İŞİD-dən alaraq Kırkmigar bölgəsinə çatıb.
Qeyd edək ki, PYD qüvvələri məhz ABŞ qırıcılarının havadan dəstəyi ilə Fərat çayının qərb sahilində irəliləməyi bacarıb.