Pesekarlarin yetismesini isteyirik – Nazir

00:09 – xeber – İyunun 3-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi baronessa Nikolsonu və Köln Almaniya İdman Universitetinin vitse-prezidenti Kristof Bruerini qəbul edib.
 
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, baronessa Nikolsonla görüş zamanı nazir gənclər və idman sahələrində görülən işlər, ölkəmizdə fəaliyyət göstərən Olimpiya İdman kompleksləri, Gənclər evləri, eyni zamanda qeyri-hökumət gənclər təşkilatları, hər iki sahədə həyata keçirilən yerli və beynəlxalq layihələr, qarşıda baş tutacaq "Formula-1" yarışı, Ümumdünya Şahmat Olimpiyadası və digər yarışlar haqqında geniş məlumat verib. A.Rəhimov, eyni zamanda Avropa Oyunları çərçivəsində Azərbaycan mütəxəssislərinin ingilis mütəxəssislərlə sıx əməkdaşlığından, ingilis idmançıların yarışlar zamanı yüksək nəticələrindən də söz açıb.
 
Qarşılıqlı əməkdaşlıq sahəsinə gəldikdə isə nazir Azərbaycanın müxtəlif ölkələrin universitetləri ilə həyata keçirdiyi "Mən Azərbaycan haqqında nə bilirəm?" layihəsini Böyük Britaniyada da reallaşdırmağın mümkünlüyündən, ümumilikdə gənclərin müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığından, bununla yanaşı, idmançıların qarşılıqlı təlim-məşq toplantılarına qatılmalarının mümkünlüyündən, bütün bunların yüksək nəticələr verə biləcəyindən danışıb.
 
Öz növbəsində, baronessa Nikolson iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb, xüsusilə Azərbaycan hökumətinin fiziki qüsurlu insanlar üçün müxtəlif sahələrdə hayata keçirdiyi layihələri, onların "Formula-1" Qran Prisinə cəlb olunmalarını çox yüksək qiymətləndirib, bu sahədə də əməkdaşlığa geniş şəkildə hazır olduqlarını diqqətə çatdırıb.
 
Köln Almaniya İdman Universitetinin vitse prezidenti K.Brueri ilə görüşü çərçivəsində nazir A.Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyində dəyişikliklər edildiyini, akademiyanın təhsil sistemində yeniliklərin nəzərdə tutulduğunu və bu istiqamətdə Almaniyanın Köln Universiteti ilə əməkdaşlığın müsbət nəticələr verə biləcəyini qeyd edib.
 
A.Rəhimov deyib: "Biz istər idmanın tibb, istərsə də digər sahələrində sözün əsl mənasında peşəkarların yetişməsini istəyirik. Təcrübə öz yerində, lakin elmi biliklərə əsaslanan hər bir sahədə inkişaf köklü şəkildə gedə bilər".
 
K.Brueri səfərdən məmnunluğunu bildirib, akademiyada artıq maraqlı və yeni islahatlar aparıldığnı, fakültələrin sayında, eyni zamanda əhatə dairəsində dəyişikliklərin edildiyini müsbət qiymətləndirib, qarşılıqlı əməkdaşlığın yüksək nəticələr verəcəyinə inandığını bildirib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org