Pese mektebine sened verenlerin diqqetine!


[r32]
– xeber –
İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd verib yerləşdirilməyənlər üçün növbəti mərhələ avqustun 28-dən sentyabrın 7-dək davam edəcək.
Trend-in məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili deyib.
Onun sözlərinə görə, ixtisas seçimində şagirdin seçdiyi ixtisas üçün önəmli sayılan fənlər üzrə göstəricilərinə diqqət yetiriləcək. Hazırda ixtisas seçimi aparılır. Şagirdlərin düşdüyü ixtisas bəlli olduqdan sonra sənədlərini həmin təhsil müəssisələrinə təqdim edəcəklər: "Bunun üçün 1 həftə vaxt veriləcək. 20 yer ayrılan ixtisas üzrə 30 nəfər sənəd veribsə, təbii ki, yerləşdirilməyənlərin olacağı da labüddür. Tutaq ki, 20 yüksək göstəricili olanlar seçiləcək, qalanları seçdikləri növbəti ixtisaslara düşəcək. Bu prosesdə kənarda qalanlar yalnız məhdud çərçivədə seçim edənlər ola bilər. Məsələn, "yalnız Nərimanov rayonu ərazisində oxuya bilərəm", – deyirsə, buradakı təhsil müəssisələrindən də 1 və ya 2 ixtisas seçibsə, şagird bu prosesdə yerləşdirilməyə bilər. Yerləşdirilməyənlər və boş qalan yerlər üçün növbəti mərhələ avqustun 28-dən sentyabrın 7-dək davam edəcək".
A.Əlili deyib ki, bütün müraciətlər elektron sistem vasitəsi ilə dəyərləndiriləcək və yerləşdirilmə aparılacaq.
Onun sözlərinə görə, hazırda attestat balı əsasında "ASAN xidmət" mərkəzlərində ixtisas seçimi aparılır. Hər namizədə 10 ixtisas seçməyə imkan verilib:
"İxtisaslar üzrə attestat göstəricisi uyğun olanlar həmin yerləri tutacaq. Onları sistem özü yerləşdirəcək. Tutaq ki, aşpaz ixtisası üzrə Bakıda bir necə təhsil müəssisəsində peşə hazırlığı həyata keçirilir. Həmin ixtisasın olduğu təhsil müəssisələrinin hamısını seçmək olar. Orta ixtisas balına görə yerləşdirilmə aparılacaq və avqustun 23-də nəticələr elan olunaraq saytda yerləşdiriləcək. Şagirdlər yerləşdirildikləri ixtisaslar üzrə təhsil müəssisələrinə sənədlərini təqdim edəcək və müsahibə komissiyasına ehtiyac duyulmadan dərs ili başlayanda orada təhsil alacaqlar".

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org