Peres: "Baki trasi mukemmel ve cox murekkebdir"

– xeber – “Force India”nın pilotu Serxio Peres Avropa Qran-prisi “uik-endinin” əvvəlində Bakı trasının xüsusiyyətlərindən və özünün növbəti mövsümdə perspektivlərindən danışıb.

 

Axar.az AzərTac-a istinadən müsahibəni təqdim edir:

 

-Serxio, tras barədə təəssüratlarınız necədir?

 

-Tras mükəmməldir, Eyni zamanda, çox mürəkkəbdir. Mən heç vaxt Makaoda çıxış etməmişəm, amma Bakı trası Makao trasına çox oxşayır. Buna görə də sabahkı günü səbirsizliklə gözləyirəm. Zənnimcə, bu tras təqvimdə ən yaxşılar sırasına daxil olacaq.

 

-Birinci döngəyə yaxın olan uzun düz yol barədə nə düşünürsünüz?

 

-Formula-1 üçün çox qeyri-adi qərardır, çünki birinci döngədə baryerlə üzləşmək riski yüksəkdir. Trasın bu hissəsi yürüşçülərə meydan oxuyur, amma mənim xoşuma gəlir. Düşünürəm ki, bu trası çoxları bəyənəcək.

 

-Ötüb keçməyə əlverişli yerlər görürsünüzmü?

 

-Düşünürəm ki, hətta təqvimdəki yolun ən uzun düz yol olmasına baxmayaraq, ötüşmə çətin olacaq. Döngələrin çoxu o qədər ensizdir ki, oradan yalnız bir-bir keçmək olar.

 

-Uzun düz yol nəzərə alınsa, maşını sıxma qüvvəsinin aşağı səviyyəsinə kökləmək lazım gələcəkmi?

 

-Kompromis axtarmalı olacağıq. Sıxma qüvvəsi səviyyəsinin Monakodakı qədər böyük olacağını düşünmürəm. Əlbəttə, burada çoxlu döngə var və bu döngələrdə vaxt itirmək olar. Amma digər tərəfdən, buradakı yol təqvimdəki ən uzun yoldur. Sabah sürət seçimi barədə yaxşı-yaxşı düşünməliyik.

 

-Bu trası Formula-1 təqvimində ən təhlükəli tras saymaq olarmı?

 

-Bu suala ya bazar günü cavab verə bilərəm, ya da sabah… Mən bu trası təhlükəli deyil, daha çox mürəkkəb adlandırardım. Burada səhvə yer qalmır. Səhv etsəniz və əlbəttə, qəzadan yayına bilsəniz, bir neçə saniyə itirirsiniz. Tras Monako trasına çox oxşayır, amma daha sürətlidir.

 

-Sinqapurla müqayisədə Bakı trası daha mürəkkəbdirmi?

 

-Bəli, o, daha mürəkkəbdir. Əsl yürüş trasına nail olmaq üçün German Tilke və Çarli Uaytinq çox çalışıblar. Burada səhvə yer yoxdur, amma mənim xoşuma gəlir. Axı Formula-1 məhz belə də olmalıdır. Bakıda hər dövrə meydan oxuyur və mən çox şadam ki, belə bir tras ixtiyarımıza verilib. Əminəm ki, təsnifatda sürətlə dövrə vurmaq bir o qədər də asan olmayacaq.

 

-Formula-1 yürüşünün Azərbaycana gələcəyini öyrənəndə, nə düşündünüz?

 

-Təqvimdə yeni trasın olacağını öyrənəndə düşündüm: “Çox yaxşı, getdik”. Elə bir xüsusi gözləntim olmayıb. Amma dünən şəhər məndə güclü təəssürat oyatdı. Bəxtimiz gətirib ki, bütün dünyanı gəzib-dolaşmaq imkanımız var. Mən çox şadam ki, Bakıya gəlmişik. Buranın arxitekturası çox gözəldir. Qədim şəhər inanılmaz görünür. Çox xoşuma gəldi. Düşünürəm ki, bu mərhələ populyar olacaq.

 

-Formula-1-in növbəti mövsümündə gələcəyinizi necə görürsünüz? Şayiələr gəzir ki, sizinlə “Ferrari” maraqlanır.

 

-Düzünü desəm, şayiələrə fikir vermirəm. Diqqətimi işim üzərində cəmləmişəm. Komandama maksimum fayda gətirməyə çalışıram. Ötən yürüş məyus etdi. Strategiya seçimində yanıldıq, hərçənd maşının sürəti “Williams” ilə mübarizə aparmağa imkan verirdi. Bu “uik-enddə” çox şeyə nail olacağıq.

 

“Force Indıa”da işimdən razıyam. Gələcəyə gəldikdə isə kim bilir? Gələn illə bağlı qərar qəbul etmək hələ tezdir. Yaxşı menecerim var. Onun işi gələcək üçün ən yaxşı variant seçməkdən ibarətdir.

 

“Force Indıa”nın böyük potensialı var və o mənim karyeramda böyük rol oynayıb. Bu komanda naminə çıxış etmək ürəyimcədir, çünki əsl yürüşçülər komandasıdır. 2012-ci ildə “Ferrari”nin gənclər akademiyasından getdim. Məni “McLaren”də çıxış etməyə dəvət etmişdilər. Bu komandada çox mürəkkəb dövr keçirdim. Ondan sonra düşündüm ki, mənim üçün hər şey itirilib.

 

Formula-1-də dünya çempionu olmaq məqsədi ilə çıxış edirəm. Belə bir şansım olsaydı, əla olardı. Əgər yoxdursa… İndi ancaq işimdən zövq alıram. Mən uğur acıyam. Axı, artıq aparıcı komandada çıxış etmişəm. Doğrudur, bu komandada yanlış vaxtda olmuşam. Mən “McLaren” uğrunda yarışmağıma təəssüflənmirəm. Çempionatda yaxşı yürüşçülər çoxdur. Amma rəqabətə davamlı maşının sükanı arxasına keçmək şansı onların hamısına nəsib olmur.

 

-Əgər Formula-1-in bütün yürüşçülərini oxşar maşınların sükanları arxasında oturtsaydılar, sizcə, bir dövrədə ən yaxşı və ən pis pilot arasında sürət fərqi neçə olardı?

 

-(Uzun sürən fasilədən sonra) Onda üç-dörd. Formula-1-də rəqabət səviyyəsi çox yüksəkdir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org