Pentensiar xidmetde elektron idareetme sistemi teqdim olundu – FOTO

02:43 – xeber – Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində xidmət üzrə yeni yaradılan «Vahid Elektron Baza və İdarəetmə sistemi»nin təqdimat mərasimi keçirilib.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə daxil olan məlumata görə, “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”na əsasən Penitensiar xidmət üzrə «Vahid Elektron Baza və İdarəetmə sistemi»nin yaradılması məqsədilə «Ultra Computers» icraçı şirkəti ilə müqavilə imzalanıb və 2013-cü ilin ikinci yarımilliyindən etibarən layihənin icrasına başlanılıb.

Penitensiar xidmət rəhbərliyinin, xidmət üzrə qeydiyyat qurumları əməkdaşlarının və «Ultra Computers» icraçı şirkətinin nümayəndələrinin iştirakı ilə yeni proqramla işləmə qaydalarının mənimsənilməsi ilə bağlı treninqlər keçirilib və layihə üzrə aparılan işlər barədə ictimaiyyətə müvafiq məlumatlar açıqlanıb.

Təqdimat mərasimində Ədliyyə Nazirliyinin məsul əməkdaşları, Penitensiar xidmətin və Tibb Baş İdarəsinin rəhbərliyi, «Ultra Computers» icraçı şirkətinin nümayəndələri və ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri iştirak ediblər.

İstismara hazır olan «Vahid Elektron Baza və İdarəetmə sistemi» İçraçı şirkət tərəfindən iştirakçılara təqdim edilib.



mənbə :
anspress

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org