10:12 – xeber – “Formula 1” yarışına hazırlıq işləri ilə əlaqədar Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Axar.az-a verilən məlumata görə, sürücülər alternativ olaraq Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələrindən istifadə edə bilərlər.
Qeyd edilən küçələrdə nəqliyyat vasitələrinin iki istiqamətdə hərəkəti təşkil olunub.