Pasayeva Qaziantepde konfrans kecirdi – Foto


[r32]
– xeber –
Millət vəkili Qənirə Paşayevanın Qaziantep Universitetində Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin artırılması təklifi dəstəklənib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, millət vəkili Qaziantep Universitetinin rektoru Əli Gür və gənclərlə görüşündə Qarabağ həqiqətlərinin daha geniş yayılmasından və qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizədən söz açıb.
Əli Gür Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.
Millət vəkili Azərbaycan universitetləri ilə Türkiyə ali təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsinin vacibliyini qeyd edib:
“Qaziantep Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayının getdikcə artması sevindirici haldır. Onların burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkür edirəm”.
Q.Paşayeva bildirib ki, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı konfransların artmasına ehtiyac var.
Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb.
Millət vəkili Qaziantep Universitetində təhsil alan azərbaycanlı tələbələrlə bağlı bir sıra təkliflərlə çıxış edib. Deputat həmçinin Qaziantep Universitetinin müəllimləri, burada müəllimlik edən alimlərimiz və digər türk toplumlarından olan tələbələrlə də görüşüb.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org