Partladilan masin Azerbaycana gelirmis – Video

22:31 – xeber – Dərbənd şəhərindəki Cəmikənd patrul postunda baş vermiş partlayışın bəzi təfərrüatları məlum olub.
 
ANS-in məlumatına görə, fevralın 15-də baş vermiş partlayışda iştirak edən, yəni həmin terror aktını törədən 25 yaşlı Maqomedali Murliyev əslində avtomaşınına partlayıcının yüklənməsindən xəbərsiz olub.
 
İstintaq zamanı məlum olub ki, Murliyev idarə etdiyi partlayıcı yüklü maşınla Azərbaycana gəlirmiş. Son vaxtlara qədər Murliyev daxil olduğu qruplaşmanın üzvləri ilə birlikdə meşələrdə gizlənirdi.
 
Murliyev atışmalardan birində yaralanıb və tibbi yardıma ehtiyacı olub. Tərəfdaşları Murliyevə vəd ediblər ki, onun Azərbaycana qaçmasına şərait yaradacaqlar. Fevralın 15-də onu Azərbaycana keçmək adı altında VAZ 2109 avtomobilində yola salıblar.
 
Maqomedali Murliyevin maşında bomba yerləşdirilməsindən xəbəri olmayıb. Avtomobil patrul postuna yaxınlaşanda partlayıcı məsafədən işə salınıb.
 
Murliyevin qardaşı Feliks Murliyev deyib ki, qardaşı meşələrdə gizlənməkdən yorulmuşdu, ya hüquq-mühafizə orqanlarına təslim olmağı, ya Suriyaya getməyi düşünürdü.
 
Fevralın 15-də VAZ 2109 markalı avtomobil səhər saatlarında Dərbənd yaxınlığındakı yol-patrul postunda partladılıb. Nəticədə iki polis əməkdaşı və iki mülki şəxs həlak olub, bir neçə nəfər yaralanıb.
 
Terror aktı nəticəsində Rusiya-Azərbaycan avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb. Daha sonra partlayışı Dağıstanın cənubunda fəaliyyət göstərən, İŞİD terror qruplaşmasına biət etmiş silahlı qruplaşmasının törətdiyi açıqlanıb.
 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org