16:20 – xeber – Parisdə Yaxın Şərq böhranının müzakirəsinə həsr ediləcək beynəlxalq konfransın keçirilməsi sözügedən region üçün böyük şansdır.
Axar.az CNN-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Fransa Prezidenti Fransua Olland Paris forumunun açılışında çıxış edib.
Əgər konfrans öz işini ciddi və məqsədyönlülüklə davam etdirərsə, Yaxın Şərqə böyük faydaları dəyəcək”, – deyə prezident bildirib.
Qeyd edək ki, Parisdə bu gün start götürən beynəlxalq forumda 26 dövlətdən nümayəndələr, o cümlədən BMT-nin Baş katibi Pan Gi Mun, Avropa Birliyinin (AB) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini iştirak edir.