Papanin Azerbaycanla bagli bu etirafi…

12:08 – xeber – Roma Papası Fransiskin oktyabrın 2-də Azərbaycana səfəri ölkəmizin siyasi nüfuzu və Prezident İlham Əliyevin fərqliliklər, ziddiyyətli siyasi qütblər arasında dialoq qurmaq bacarığının göstərisici idi.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu haqda millət vəkili Hikmət Babaoğlu açıqlama verib. Onun sözlərinə görə, ziddiyyətli beynəlxalq münasibətlərin gərgin dönəmində Roma Papasının Azərbaycana səfəri dünyaya verilən bir sülh və əməkdaşlıq mesajı idi:
 
“Ölkə başçısı bildirdi ki, bu səfər bir daha sivilizasiyalararası dialoqun yaşadığını, gücləndiyini göstərir və ona görə də biz bu dialoqa yeni təkan verməyə çalışırıq. Məsələ ondadır ki, hazırda Qərbin bir sıra imperialist mərkəzləri mövcud vəziyyəti daha da kəskinləşdirmək məqsədilə islamofobiya adlı silahdan məhz müsəlman şərqini dağıtmaq üçün istifadə edirlər. Papa Azərbaycanın timsalında bir daha şahid oldu ki, dünyada multikultural dəyərlərin yaşadığı, tolerantlığın mövcud olduğu, dini və etnik fərqliliyin zənginlik kimi qəbul edildiyi müsəlman ölkəsi var və bu təcrübə nümunə olmağa layiqdir. İki milyarddan çox xristianın dini lideri tərəfindən Azərbaycanla bağlı səsləndirilən fikirlər həm də ölkəmizin bir əməkdaşlıq məkanı olmasının etirafı idi. Bu cür münasibət isə əlbəttə, Azərbaycana ciddi siyasi divident kimi qayıdacaq miqyasdadır”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org