Papa İlham Eliyevle gorusdu

15:29 – xeber – Oktyabrın 2-də Azərbaycan Respublikasına pastoral səfərə gələn Roma Papası Fransiskin rəsmi qarşılanma mərasimi olub.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı meydanda Roma Papasının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiski qarşılayıb.
 
Fəxri qarovul dəstəsinin rəisi Roma Papası Fransiskə raport verib.
 
Müqəddəs Taxt-Tacın və Azərbaycanın himnləri səsləndirilib.
 
Prezident İlham Əliyev və Roma Papası Fransisk fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
 
Roma Papası Fransisk Azərbaycan əsgərlərini salamlayıb.
 
Azərbaycanın dövlət və hökumət nümayəndələri Roma Papası Fransiskə, Müqəddəs Taxt-Tacın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.
 
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Roma Papası Fransiskin qarşısından keçib.
 
Prezident İlham Əliyev və Roma Papası Fransisk rəsmi foto çəkdiriblər.
 
Azərbaycan Prezidenti İlham Əliyevin Roma Papası Fransisklə təkbətək görüşü başlayıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org