Pan Gi Mun İlham Eliyeve mektub yazdi

16:52 – xeber – Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun Müstəqillik günü ilə bağlı Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
 
Axar.az Pan Gi Munun təbrik məktubunu təqdim edir:
 
“Zati-aliləri,
 
Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırıram.
 
Hazırda BMT daha davamlı, sağlam və dinc dünya üçün genişmiqyaslı planlar üzərində çalışır. Bu istiqamətdə səylərimizdə biz hər bir ölkənin qlobal vədlərini, xüsusilə Davamlı İnkişaf Məqsədlərini və İqlim Dəyişikliyinə dair Paris Sazişini yerinə yetirəcəyinə inanırıq.
 
Sizin Respublika Gününüz ölkənizin şərəfli tarixini qeyd etməyə və insan hüquqları, inkişaf və sülh kimi universal dəyərləri bir daha təsdiq etməyə fürsət yaradır.
 
BMT müxtəlif mədəniyyətlərin ənənələrini bir məqsəd ətrafında birləşdirməklə çox sayda üzvləri əhatə etdiyinə görə olduqca şanslıdır. Ümumi məqsədlərimizə çatmaqda Azərbaycan hökumətinin töhfələri çox əhəmiyyətlidir. Hamımız üçün daha yaxşı gələcək təmin etmək işində hökumətinizin BMT ilə əlaqələrini daha da dərinləşdirəcəyinə inanıram.
 
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin”.
 
***
 
Prezident İlham Əliyevi Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah da təbrik edib. Təbrikdə deyilir:
 
“Zati-aliləri.
 
Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram.
 
Bu xoş fürsətdən istifadə edərək, əmin olduğumu bildirirəm ki, birgə səylərimiz dost ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da inkişaf etməsinə töhfə verəcək.
 
Zati-aliləri, Sizə möhkəm cansağlığı və səadət, dost ölkənizə və xalqınıza davamlı inkişaf və çiçəklənmə arzu edirəm.
 
Cənab Prezident, xahiş edirəm yüksək ehtiramımı qəbul edin”.
 
***
 
Çex Respublikasının Prezidenti Miloş Zemanın Prezident İlham Əliyevin ünvanına göndərdiyi məktubda bildirilir:
 
“Zati-aliləri,
 
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına səmimi təbriklərimi çatdırıram.
 
Mən Azərbaycan Respublikası ilə Çex Respublikasının ikitərəfli münasibətlərinin fəal şəkildə inkişaf etməsindən və bu müsbət meylin keçən ilin sentyabr ayında Bakıya səfərim zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə təsdiq olunmasından məmnunam.
 
Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər diləyir, Azərbaycan Respublikasının vətəndaşlarına əmin-amanlıq və rifah arzulayıram”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org