Palata sedri: "Prezident yeni strategiya mueyyen edib"

– xeber – Oğuz rayonunda iqtisadiyyatın real sektorunun, o cümlədən kənd təsərrüfatının, emal sahəsinin, xüsusilə də turizmin inkişafı üçün münbit şərait var. Yerli icra hakimiyyəti orqanları bu potensialdan səmərəli istifadə üçün əhali ilə birgə əməli tədbirlər həyata keçirməlidir.

 

AzərTac xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Oğuz rayonunda ictimaiyyət nümayəndələri ilə görüş çərçivəsində jurnalistlərə müsahibəsində deyib.

 

Palata sədri bildirib ki, Prezident İlham Əliyev tərəfindən mövcud şəraitə uyğun yeni iqtisadi inkişaf strategiyası müəyyən edilib. Oğuz rayon ictimaiyyətinin nümayəndələri ilə bugünkü görüşdə də həmin strategiyadan irəli gələn vəzifələr müzakirə olundu.

 

Azərbaycan Prezidentinin müəyyən etdiyi konsepsiyanın tələblərinə uyğun olaraq, görüşdə diqqətin üç əsas məsələyə yönəldildiyini vurğulayan Vüqar Gülməmmədov deyib: “Birinci məsələ sahibkarlığın inkişafı ilə bağlıdır. Digər əsas məsələ dövlət büdcəsinin xərc və gəlirlər sisteminə yeni baxışın təşkilidir. Üçüncü mühüm məsələ isə məmur-vətəndaş münasibətləridir. Bu münasibətlər sağlam məcrada inkişaf etməlidir”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org