PA adindan sui-istifade eden deleduz tutuldu

11:17 – xeber – Zərdab rayonunda dələduzluq edən şəxs tutulub.
 
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Alıcanlı kənd sakinlərinin şikayəti əsasında Tərtər rayonunun Qaradağlı kəndində anadan olmuş, Bakının Xutor qəsəbəsində kirayədə yaşayan 1960-cı il təvəllüdlü Müslüm Kəniş oğlu Mustafayev şübhəli şəxs qismində saxlanılıb.
 
İlkin araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs özünü Azərbaycan Respublikası Prezident Administrasiyasının Xüsusi şöbəsinin işçisi kimi təqdim etməklə Zərdab rayonun Alıcanlı kənd sakinlərinin problemlərini həll edəcəyini vəd edib, onları aldadaraq pullarını alıb.
 
Həmin şəxsin Alıcanlı kənd sakini Arif Əsgərovun Texniki Universitetdə oxuyan oğlunun imtahan kəsirlərini düzəldəcəyini vəd edərək ondan 1000 manat, Niyazi Abbasovu Daxili Qoşunların Xüsusi Təyinatlı Bölməsində işə düzəldəcəyini vəd edib 500 manat, Aqil Nəcəfova sosial yardım təşkil edəcəyini vəd edib 200 manat, Mahir Əsgərovun oğlunu Daxili Qoşunlarda işə düzəldəcəyini vəd edib ondan 500 manat pul aldığı bildirilib.
 
Faktla bağlı  Zərdab Rayon Polis Şöbəsində cinayət işi açılıb. Müslüm Mustafayevin əvvəllər dəfələrlə dələduzluq cinayətinə görə məhkum olunduğu açıqlanıb.
 
Onun digər dələduzluq əməllərində iştirak edib-etmədiyi araşdırlır.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org