12:02 – xeber – “Təhriki Taliban Pakistan” terror təşkilatı universitetə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Pakistan mətbuatı yayıb. Qeyd edək ki, hazırda bu hücuma üzündən ölənlərin sayı 15-ə, yaralıların sayı isə 50-yə çatıb. Polis hücumu həyata keçirən iki terrorçunu məhv edib.
Taliban 1979-1989-cu illərdəki Əfqanıstan müharibəsindən sonra Pakistanda yaranıb. Qərbin təşəbbüsü ilə Pakistan hakimiyyəti və kəşfiyyatından böyük dəstək alan təşkilat qısa müddətdə Əfqanıstanda hakimiyyəti ələ keçirib. ABŞ-ın Əfqanıstana 2001-ci ildəki müdaxiləsindən sonra Pakistan tam olaraq bu təşkilatdan imtina edib və ona qarşı savaşa başlayıb.