Övladi gelen il 1-ci sinife gedecek valideynlerin diqqetine


[r32]
– xeber –
Respublika üzrə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi ümumtəhsil müəssisələrinin sayı açıqlanıb. Bu il məktəbəhazırlıq qruplarında oxuyacaq uşaqların və təhsil müəssisələrinin sayı da artırılıb. Bəs bu qruplarda dərslər nə vaxtdan başlayır? Ümumiyyətlə hansı sənədləri məktəblərə təqdim etmək lazımdır?
"Qaynarinfo"nun Xəzər TV-yə istinadən məlumatına görə, yeni tədris ilində Bakıda 266, Abşeronda 39, Ağcabədidə 62, Ağdaşda 33, Ağstafada 30, Ağsuda 24, Astarada 48, Balakəndə 38, Beyləqanda 31, Bərdədə 48, Biləsuvarda 34, Cəlilabadda 66, Daşkəsəndə 9, Gədəbəydə 38, Gəncədə 44, Goranboyda 62, Göyçay 50, Göygöldə 20, Hacıqabulda 25, İmişlidə 55 ümumi təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək.
Eyni zamanda, məktəbəhazırlıq qrupları İsmayıllıda 38, Kürdəmirdə 41, Lerikdə 86, Lənkəranda 87, Masallıda 98, Mingəçevirdə 21, Naftalanda 3, Neftçalada 27, Oğuzda 24, Qaxda 18, Qazaxda 40, Qəbələdə 46, Qobustanda 16, Qubada 91, Qusarda 86, Saatlıda 40, Sabirabadda 70, Salyanda 48, Samuxda 34, Siyəzəndə 15, Sumqayıtda 40, Şabranda 23, Şamaxıda 34, Şəkidə 78, Şəmkirdə 62, Şirvanda 15, Tərtərdə 34, Tovuzda 51, Ucarda 35, Xaçmazda 87, Xızıda 8, Yardımlıda 29, Yevlaxda 41, Zaqatalada 48, Zərdabda 21 ümumi təhsil müəssisəsini əhatə edəcək.
Bununla yanaşı, Ağdam ,Cəbrayıl , Füzuli , Xocavənd, Kəlbəcər , Laçın, Qubadlı , Xocalı və Zəngilan Rayon Təhsil Şöbələrinin tabeliyindəki ümumi təhsil müəssisələrində də məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Təhsil nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin aparıcı məsləhətçisi Gülarə Xuduyeva deyir ki, ötən illə müqayisədə bu il daha çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunacaq.
Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Bu qruplarda məşğələlər hər il oktyabrın 1-də başlanır və mayın 31-də başa çatır. Respublikanın bölgələrində bu il sənəd qəbulu avqustun 15-də başlayaraq sentyabrın 30-dək davam edəcək. Bakıda isə sənədlərin qəbulu elektron qaydada həyata keçirildiyindən daha tez avqustun 1-dən başlayıb sentyabrın 18-də bitəcək.
Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir və təhsil almaq məcburi deyil.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org