"Övlad dunyaya getirmeyimin ata-anaya ne aidiyyeti var?" (FOTO)

28 Dekabr 2015 11:36 – xeber –
Müğənni Səidə Dadaşova 2015-ci ildə adının daha çox qalmaqallarda hallanmasına münasibət bildirib.
Olkem.az xəbər verir ki, qafqazinfo-ya açıqlama verən müğənni 2015-ci ildə ən böyük yeniliyinin övlad dünyaya gətirməsi olduğunu vurğulayıb:
“Hazırda yeni doğulan övladıma baxmaqla vaxtımı keçirirəm. Mənim üçün ən böyük yenilik övladımın dünyaya gəlməsidir. Yaxşı insanın ətrafında həmişə pis danışacaqlar. Pis insan, onsuz da, pisdi, ondan nə yaxşı gözləmək olar ki? İnsanın övladı dünyaya gələndə sevinməlidir. Kənardakılara xoş arzularını çatdırmalıdır. Mən də istəyirdim təbrik etsinlər, xoş arzularını söyləsinlər.
Göz önündə olan müğənniyəm. Hamı hər şeyimdən danışır. Yeni mahnılarım çıxsa, heç kəsə maraqlı olmayacaq. Amma Səidənin çimərlik geyimlərində fotoları yayılsa, hamı danışmağa başlayacaq. Bizim bu qara camaat daha çox pisliklərə rəy bildirirlər. Mənim soyadım buna bəs edər. 3 məşhur ailələrdən biri bizim ailədir”.
Səidə bildirib ki, atası xalq artisti Rafael Dadaşov onun övlad dünya gətirməsinə münasibəti normal olub.
“Mənə deyirlər ki, ata-anası necə tərbiyə edib? Mən gözəl tərbiyə görmüşəm, görməyə də davam edəcəm. 36 yaşım var. Artıq insan öz həyatını davam etməyə başlayır. Mənim övlad dünyaya gətirməyimin ata-anaya nə aidiyyəti var? Ailəm deyir ki, boya-başa çatmısan, ayaq üstdə dura bilirsən. Dünyaya övlad gətirməyim normaldır”.
Müğənni evli olmamağı barədə yayılan şayiələrə cavab verib:
“Mənim evli olub-olmamağımın nə fərqi var ki? Qoy bu məndə sirr kimi qalsın. Bütün həyatımız sosial mediadadır. Heç nə gizlədə bilmirik. Mən igid dünyaya gətirmişəm. Onun başı heç vaxt aşağıda olmayacaq. O qədər müğənnilər var ki, ərə gediblər. Bu, heç kəsə maraqlı deyil. Mənim dünyaya övlad gətirməyim partlayış yaratdı. Mən pis yolun yolçusu deyiləm. Əgər bu yolda olsaydım, indi haralardasa əyləşmişdim. Mən Allaha bağlıyam ki, mənə gül kimi övlad bəxş etdi”.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org