Oteller niye nikah kagizi isteyirler? – Video


[r32]
– xeber –
Otel sahibləri üçün müştərilərin evli olub-olmamasının əhəmiyyəti yoxdur.
Bu sözləri Lider TV-də Murad Arifin təqdimatında yayımlanan "Status” verilişində otel rəhbəri Ramin Zamanov deyib:
"İlk olaraq onu deyim ki, Azərbaycanda heç bir oteldə xarici vətədaşlardan nikah kağızı tələb edilmir. Bu problem yerli əhaliyə aiddir. Hotel bir qayda olaraq müştərilərini qeydiyyata almalıdır. Yəni şəxsiyyət vəsiqəsinin sürətini çıxarıb, otağı həmin şəxsin adına qeydiyyatdan keçirməlidir. Təəssüf ki, vətəndaşlar qeydiyyatdan yayınırlar və buna görə, hətta otağın qiymətinin iki qatını verməyə hazırdılar. Təxminən iki il bundan öncə Azərbaycana belə turist axını yox idi, otellər bizneslərini ayaqda saxlamaq üçün məcbur olub bu yola gedirdilər. Qeydiyyat demək olar ki, aparılmırdı. Daxili İşlər Nazirliyi və digər qurumlar yoxlamalar aparanda məlum olurdu ki, nömrələrin 70 faizində qeydiyyat aparılmayıb. Dərhal tələb edilirdi ki, otaqlar açılsın və yoxlanılsın”.
R. Zamanov deyib ki, ümumiyyətlə müştəridən şəxsiyyətini təsdiq edən sənəddən başqa sənəd tələb etmək qanunauyğun deyil: "Amma yoxlamaların sayı artdıqca, məsələnin digər tərəfi qabardıldıqca, bununla mübarizə aparmaq üçün artıq otellərdə nikah sənədi tələb edilməyə başladı. Yoxlamalar hotelləri buna vadar etdi”.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org