Ordumuzun yeni haubitsasinin ozellikleri – Video

23:11 – xeber – Bu gün Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Raket və Artilleriya Qoşunlarının təlimləri başlayıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Rusiyadan alınaraq ölkəmizə gətirilən və qoşunların silahlanmasına yeni daxil olan Msta-S özüyeriyən haubitsalarının da praktiki istifadəsi şəxsi heyət tərəfindən həyata keçirilir.
 
"Msta-S" haubitsasının ilkin variantı 1971-ci ildə yaradılıb. SSRİ-nin NATO-nun M-109 haubistsasına analoq olaraq yaratdığı 152 mm-lik bu silah “Akasiya” adlanıb. 1980-ci illərin əvvələrində üzərində aparılan təkmilləşdirilmədən sonra özüyeriyən haubitsa Msta-S adını alıb.
 
1989-cu ildə yeni özüyeriyən haubitsa 2S19 Msta-S mexanikləşdirilmiş piyada və Sovet ordusunun zirehli bölmələrinin artilleriya alayı tərəfindən arsenala qəbul edilib. 1992-ci ildə ilk dəfə Rusiyanın Jukovski şəhərində aviasalonda nümayiş olunub.
 
Msta-S düşmənin istehkam və ehtiyatlarını, eləcə də taktiki nüvə silahları, artilleriya və minaatan batareyalar, tank və digər zirehli texnikaları məhv etmək üçün nəzərdə tutulub. Eyni zamanda, havadan və raketdən müdafiə, komando və nəzarət mərkəzlərini hədəf almaq imkanına malikdir.
 
Haubitsanın zirehi ən yüksək keyfiyyətə malik poladdan hazırlanıb. Əlahiddə idarəetmə sistemi əsasında hazırlanmış Msta-S heyəti 4, yaxud 5 nəfərdən ibarət olur. Modern texnikanın özəlliklərindən biri də yayınan obyektləri açıq şəkildə hədəfə çevirmək qabiliyyətinin olmasıdır.
 
Göstəricilərə əsasən, Msta-S-in hədəf alma imkanları 3 yerə bölünür: 2c3 rejimində 17.4, 2C19 rejimində 24.7 və 2C33 rejimində 30 km-dən uzaq hədəfləri vurmaq gücünə malikdir.
 
Bundan əlavə, haubitsalar şossedə saatda 60 km sürətlə irəliləyə bilir.
 
Bi silahdan Azərbaycandan başqa Belarusiya (12 ədəd), Venesuela (48 ədəd), Gürcüstan (1 ədəd), Rusiya (612 ədəd), Ukrayna (35 ədəd) və Efiopiya ordusunda var.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org