Ordumuz mesajini verdi: İrevan buna mecburdur


[r32]
– xeber –
Ötən ay Minsk Qrupunun həmsədrlərinin regiona səfəri, Bakı və İrəvanda keçirdiyi görüşlər münaqişənin həllində hər hansı irəliləyişə səbəb olmasa da, münaqişə ətrafında diplomatik hərəkətliliyi artırıb.
Bu sözləri politoloq Məhəmməd Əsədullazadə aprelin 29-da Rusiyanın XİN rəhbəri Sergey Lavrovun təşəbbüsü ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskvada keçiriləcək görüşünü Axar.az-a şərh edərkən deyib.
Politoloq bildirib ki, həmsədrlərin bu səfər çərçivəsində təklif etdiyi "üç hissəlik" təklifləri ictimaiyyət üçün konfedensiallğını saxlasa da, XİN rəhbərlərinin görüşündə bu həll variantının detalları müzakirə ediləcək:
“Bu üç hissəlik həll variantda Azərbaycanın maraqlarına uyğun olmayan təkliflər də var. Qeyd edim ki, bu ayın əvvəlində ATƏT sədrinin Moskva səfərində Qarabağla bağlı danışıqlar aparılmış, münaqişənin həllində əsas söz sahibi kimi Rusiyanın önəmi irəli çəkilmiş və Rusiyadan münaqişənin həllində səylərini artırması istənilmişdi. Görünür, 29 aprel görüşünün keçirilməsində bu təklifin önəmi olub”.
M.Əsədullazadə Ermənistan tərəfi danışıqlardan çəkilməklə, münaqişə ətrafında hərbi eskalasiyanın baş verməsinə şərait yaratdığını vurğualyıb:
“Ermənistanda keçirilən parlament seçkilərində Sərkisyan rejiminin hakimiyyətdə qalması danışıqlarda irəliləyişə mane olan əsas faktorlardan biridir. Ancaq Azərbaycan 30 minlik qoşun və böyük sayda hərbi texnikasının iştirakı ilə hərbi təlimlərlə rəsmi İrəvana danışıqlara başlamaq mesaj verdi. Çünki Azərbaycan hazırkı status-kvonun saxlanmasını mümkünsüz hesab edir”.
Politoloq Moskvada baş tutacaq XİN başçılarının görüşündə hər hansı ciddi nəticənin olacağını proqnozlaşdırmır:
“Amma ortada müəyyən təkliflər var və mümkündür ki, tərəflər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti aylarda görüşü barədə müzakirə aparsınlar. Rusiya da Moskvada prezidentlərin görüşünü təşkil etməkdə maraqlıdır”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org