Ordumuz buna hazirdir – General-leytenant


[r32]
– xeber –
Dövlət müstəqilliyimizin, milli təhlükəsizliyimizin, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təminatçısı olan Azərbaycan Ordusu son illərdə daha da möhkəmlənib, mütəşəkkil hərbi qüvvəyə çevrilib. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Ordusu regionun ən güclü ordusudur və düşmənin istənilən təcavüzünün qarşısını almağa, hücum tapşırığını yerinə yetirməyə qadirdir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov dekabrın 20-də Silahlı Qüvvələrdə ən yaxşı tabor (divizion) komandirləri yarışlarının qaliblərinin mükafatlandırılması mərasimində çıxışında deyib.
N.Osmanov bildirib ki, ötən il aprel döyüşləri zamanı Azərbaycan Ordusu nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Aprel döyüşlərində qazandığımız qələbə xalqımızın birliyinin, həmrəyliyinin, vətənpərvərliyinin, Azərbaycan Ordusunun güc və qüdrətinin, həmçinin müdrik Prezidentimiz, qətiyyətli sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyevin qələbəsi kimi tarixə düşdü.
“Ordumuza, onun şəxsi heyətinə ölkə rəhbərliyi tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Ordumuzun maddi-texniki bazası hər gün möhkəmlənir, yeni-yeni döyüş texnikaları, silah-sursatlar, zenit-raket kompleksləri, artilleriya qurğuları, döyüş təyyarələri, helikopterlər alınır. Keçirilən irimiqyaslı taktiki təlimlər, komanda-qərargah hərbi oyunları göstərir ki, Azərbaycan Ordusu quruda, dənizdə və havada, istənilən iqlim şəraitində qarşısına qoyulmuş hər bir vəzifəni yerinə yetirməyə hər an hazırdır”, – deyə general-leytenant deyib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org