Oqtay Esedov Şukurcon Zuxurovla gorusdu

19:54 – xeber – Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Parlamentdən Axar.az-a verilən məlumata görə, sədr bildirib ki, nümayəndə heyətinin rəsmi səfərinin Bakıda V Humanitar Forumun keçirildiyi dövrə təsadüf etməsi və qonağın bu tədbirdə çıxışının gözlənilməsi təqdirəlayiqdir.
 
Spiker dost və qardaş Tacikistanla əlaqələrin qədim tarixi köklərə söykəndiyini vurğulayaraq, dostluq ənənələrinin bu gün də davam etdiyini söyləyib:
 
“Ümidvarıq ki, münasibətlərimizin hüquqi bazasını təşkil edən bu sənədlər iqtisadi əlaqələrimizin inkişafına da imkan yaradacaq".
 
Şukurcon Zuxurov isə bildirib ki, müstəqillik əldə etdikdən sonra iki ölkə arasında əlaqələrin qurulmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük rolu olub:
 
“Onun səyi nəticəsində əlaqələrimiz daha da möhkəmlənib. Bu siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
 
Qonaq Azərbaycanda sentyabrın 26-da keçirilmiş referendumun nəticələrini yüksək dəyərləndirərək, bunun əhalinin ölkə Prezidentinə olan inamının göstəricisi olduğunu deyib. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org