Oqtay Esedov dovlet katibi ile gorusdu

21:58 – xeber – Milli Məclisin sədri Oqtay Əsədov Bakıda keçiriləcək V Humanitar Forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının dövlət katibi Gülsara Abdıkalikovanı qəbul edib. 
 
Parlamentdən Axar.az-a verilən məlumata görə, spiker bildirib ki, Bakıda Humanitar Forumun keçirilməsi artıq bir ənənə halı alıb.
 
Sədr görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrindən söz açaraq,  dövlət başçılarımızın səyi nəticəsində münasibətlərimizin yüksək səviyyədə olduğunu bildirib: “Azərbaycan xalqı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini və ölkəmizin haqlı mövqeyini müdafiə etməsini yüksək dəyərləndirir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyət göstərirlər”.
 
Qazaxıstan Respublikasının dövlət katibi Gülsara Abdıkalikova ölkəsinin Azərbaycanı bölgədə özünün əsas tərəfdaşı hesab etdiyini söyləyib. O qeyd edib ki, yaxın vaxtlarda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana növbəti səfəri gözlənilir. Səfər çərçivəsində müzakirə olunacaq məsələlər əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcək. Qazaxıstanda 10 mindən çox azərbaycanlının yaşadığını və burada Azərbaycanla Dostluq Mərkəzinin fəaliyyət göstərdiyini söyləyib. Bildirilib ki, budəfəki seçkilərdə ölkə parlamentinə azərbaycanlıların nümayəndəsi də seçilib: “Qazaxıstan gələcəkdə Azərbaycanla əlaqələrini daha da dərinləşdirmək niyyətindədir”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org